Bank Of Baku

Səudiyyə İnkişaf Fondu Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Səudiyyə İnkişaf Fondu Azərbaycanla əməkdaşlıqda maraqlıdır
# 26 oktyabr 2009 11:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Fəhd bin Əli Əl-Dusəri ilə görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında sənaye-energetika sahəsində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səudiyyə İnkişaf Fondunun fəaliyyəti barədə məlumat verən səfir bildirib ki, bu təşkilat dünyanın 75 ölkəsində fəaliyyət göstərir və indiyə qədər müxtəlif ölkələrdə 140 mlrd. ABŞ dollarından artıq investisiya layihələri həyata keçirib. Səudiyyə İnkişaf Fondunun Azərbaycanla da əməkdaşlığa böyük diqqət yetirdiyini bildirən səfir bu əməkdaşlığın ölkələr arasındakı münasibətlərin inkişafında mühüm rol oynayacağına inandığını qeyd edib.

G.Cavadov isə öz növbəsində ölkədə həyata keçirilən layihələr, Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakı, ölkənin sənaye potensialı, həmçinin son illər aktual olan alternativ enerji mənbələrindən istifadə üzrə nəzərdə tutulan tədbirlər barədə səfir Əl-Dusəriyə məlumatlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR