Bank Of Baku

Böyük Britaniyanın baş naziri: “Bu ilin sonuna qədər iqtisadiyyatımız tənəzzüldən çıxacaq”

Böyük Britaniyanın baş naziri: “Bu ilin sonuna qədər iqtisadiyyatımız tənəzzüldən çıxacaq”
# 26 oktyabr 2009 12:01 (UTC +04:00)
Bakı – APA-Economics. Böyük Britaniyanın baş naziri Qordon Braun bu ilin sonuna qədər ölkə iqtisadiyyatını tənəzzüldən çıxaracağını vəd edib.
APA-Economics”in xəbərinə görə, baş nazir bu barədə hökumətin rəsmi saytına yazılı açıqlamasında bildirib. O, ilin sonuna qədər iqtisadiyyatı artım nöqtəsinə qaytaracağına dair vəd verib: “Xalqa və şirkətlərə maliyyə yardımını kəsmək indiki şəraitdə intihara bərabər olardı. İndi hər zamankından daha açıq siyasət yürütməli və diqqətli olmalıyıq”.
Qeyd edək ki, artım gözləntilərinin əksinə olaraq, İngiltərə iqtisadiyyatı daha 0,4% geriləyib. Bu isə gələn il keçiriləcək seçkilərdə Qordon Braun hökumətinə yaxşı perspektiv vəd etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR