Bank Of Baku

Azərbaycanda sığortalanmış bank əmanətlərinin xüsusi çəkisi 70%-ə çatıb

Azərbaycanda sığortalanmış bank əmanətlərinin xüsusi çəkisi 70%-ə çatıb
# 26 oktyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) iştirakçı banklardan bu ilin III rübü üzrə toplanan təqvim haqlarının nəticələrini açıqlayıb.

ƏSF-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyul-sentyabr aylarında manat üzrə toplanan təqvim haqqı 624 min manat, ABŞ dolları üzrə 1,157 mln. dollar, avro üzrə isə 145 min avro təşkil edib.

İştirakçı bankların Fondun reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə birlikdə ƏSF-nin toplam mədaxili 16 316,7 min manat olub.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri oktyabr ayının 1-i vəziyyətinə 1,984 mlrd. manat, o cümlədən qorunan əmanətlər 1,378 mlrd. manat (xüsusi çəkisi - 69,46%) təşkil edib. Qorunan əmanətçilərin ümumi sayı isə 4 970 119 nəfərdir.

Qeyd edək ki, ƏSF 2007-ci ilin avqust ayında fəaliyyətə başlayıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır. İndiyədək fonda 42 bank üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR