Bank Of Baku

«Birlik Bank»ın mənfəəti son bir ildə 4,5 dəfə artıb

«Birlik Bank»ın mənfəəti son bir ildə 4,5 dəfə artıb
# 26 oktyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Birlik Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 51,552 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 25% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 15,7% artaraq 1 mln. manata, kredit portfeli 15,2% artaraq 32,854 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 30% azalaraq 4,037 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 7% artaraq 19,967 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 16 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 85% artaraq 4,703 mln. manat, xərcləri isə 36,8% artaraq 2,947 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 4,5 dəfə artaraq 1,756 mln. manata çatıb.

Həmçinin, ötən dövr ərzində bankın işçilərinin sayı 19,2% azalaraq 42 nəfər, orta aylıq əmək haqqı isə 20% artaraq 120 manat olub.

Xatırladaq ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 3 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR