Bank Of Baku

Azərbaycan İpoteka Fondu daha 3 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu daha 3 mln. manatlıq istiqraz yerləşdirib
# 26 oktyabr 2009 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, sifarişlər 4 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,495 mln. manat təşkil edib. Sifarişlər 101,1000% qiyməti ilə təqdim olunub. Hərraca çıxarılan məbləğ tam həcmdə yerləşdirilib.

Xatırladaq ki, AİF-in bu istiqraz emissiyasının ödənişi 2016-cı ilin may ayının 10-da həyata keçiriləcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti bu ilin mayın 29-da qeydə alınıb. AİF-in istiqrazlarının ilkin yerləşdirilməsinə isə iyunun 16-da başlanılıb və bu günə kimi ümulikdə 41 mln. manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR