Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi yeni növ istiqrazların emissiyasına başlayır

Azərbaycan Maliyyə Nazirliyi yeni növ istiqrazların emissiyasına başlayır
# 27 oktyabr 2009 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi ölkənin qiymətli kağızlar bazarına yeni növ istiqraz emissiyasına start verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək məqsədilə Maliyyə Nazirliyi yeni növ istiqrazlar – geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının yerləşdirilməsinə başlayır.

Həmin istiqrazlar 2009-cu ili oktyabr ayının son həftəsində ilk dəfə Bakı Fond Birjasında yerləşdiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR