Bank Of Baku

«Azal Sığorta» nizamnamə kapitalını üç dəfə artırır

«Azal Sığorta» nizamnamə kapitalını üç dəfə artırır
# 27 oktyabr 2009 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azal Sığorta» Açıq Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 371 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1,855 mln. manat təşkil edir. Səhm emissiyasının Bakı Fond Birjası vasitəsi ilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Azal Sığorta» ASC-nin artıq oktyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2,9 dəfə artaraq 2,855 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda «Azal Sığorta» şirkəti 12 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR