Bank Of Baku

«Günay Anadolu» sığorta şirkətinin sabiq başçısı «Bakı Sığorta»nın rəhbərliyinə gətirilib

«Günay Anadolu» sığorta şirkətinin sabiq başçısı «Bakı Sığorta»nın rəhbərliyinə gətirilib
# 27 oktyabr 2009 07:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Bakı Sığorta» İdarə Heyətinin sədr müavini vəzifəsinə əvvəllər «Günay Anadolu» sığorta şirkətinin baş direktoru vəzifəsində çalışmış Mehman Əliyev təyin olunub.

Qeyd edək ki, M.Əliyevdən əvvəl bu vəzifəni Əli Hüseynov icra edib. Hazırda Ə.Hüseynov «AzSığorta» şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,735 mln. manat, ödənişləri isə 0,992 mln. manat olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,5 mln. manat təşkil edib. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR