Bank Of Baku

Rusiyanın daha bir bankı Azərbaycana gəlir

Rusiyanın daha bir bankı Azərbaycana gəlir
# 27 oktyabr 2009 10:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın iri bank təşkilatlarından biri olan «RosSelxozBank» Azərbaycanda fəaliyyətə başlamaq niyyətindədir. Bu barədə «APA-Economics»ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin məlumat verib.

Onun sözlərinə görə, yaxın gələcəkdə «RosSelxozBank» Azərbaycan bazarına çıxmaq niyyətindədir və hazırda bu məsələyə dair Azərbaycanla Rusiya arasında danışıqlar aparılır: «Hazırda Rusiyadan Azərbaycana gətirilən kənd təsərrüfatı avadanlıqlarının həcmi artmaqdadır, eyni zamanda Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixrac həcmi artır. Məhz buna görə, Rusiyanın iri banklarından biri olan «RosSelxozBank» Azərbaycanda fəaliyyətə başlamaq niyyətindədir».

Rusiya bankının Azərbaycanda hansı statusla fəaliyyət göstərəcəyinə gəldikdə isə, Y.Şedrin qeyd edib ki, «RosSelxozBank» ölkə bazarında nümayəndəlik statusu altında çıxış edəcək və yerli bankların hər hansınınsa alınmasına dair məsələyə baxılmır.

Y.Şedrin onu da qeyd edib ki, bankın 2009-cu ilin sonunadək Azərbaycanda fəaliyyətə başlaması istisna olunmur: «Hər şey aparılan danışıqların intensivliyindən asılıdır».

Qeyd edək ki, hazırda Azərbaycanda Rusiyanın «Nikoil Bank» və «VneşTorqBank» (VTB) maliyyə təşkilatları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR