Bank Of Baku

«Bank of Azerbaijan»ın aktivləri son bir ildə 31% artıb

«Bank of Azerbaijan»ın aktivləri son bir ildə 31% artıb
# 27 oktyabr 2009 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 144,531 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 31% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 41,7% genişlənərək 60,219 mln. manat, kredit portfeli 23,4% artaraq 111,204 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 6,8% azalaraq 14,777 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 6,8% azalaraq 19,270 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,7% artaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, bu dövr ərzində bank tərəfindən əlavə 3 bankomat və 42 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 26 bankomatı və 147 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR