Bank Of Baku

Azərbaycanın pul bazarında yeni seqmentin yaradılır

Azərbaycanın pul bazarında yeni seqmentin yaradılır
# 28 oktyabr 2009 07:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı, Bakı Banklararası Valyuta Birjası (BBVB) və pul bazarının market-meykerləri pul bazarının inkişaf etdirilməsi məqsədilə bazarın yeni seqmentinin yaradılması istiqamətində növbəti addım atıb. BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, Birja və market-meykerlər tərəfindən kredit və hesablama risklərini azaltmağa imkan verəcək və Mərkəzi Bankın iştirakını nəzərdə tutan yeni mexanizm təklif olunur.

Yeni seqmentin yaradılması çərçivəsində Mərkəzi Bank, BBVB və market-meyker kimi çıxış edən «Azərdəmiryolbank», «AGBank», «Nikoil», «Bank Standard», «Paşabank», «Unibank» və «Bank of Baku» müvafiq saziş imzalayıb.

BBVB-nin məlumatında deyilir ki, son zamanlar yüksək likvidliyə malik olan daxili pul bazarının yaradılması məsələsi aktuallaşıb. Mərkəzi Bank və Birja BEST sisteminin seqmenti kimi 2002-ci ilin martından fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarını inkişaf etdirir. Bu işlər çərçivəsində 2005-ci ildə bir sıra kommersiya bankı ilə BBVB arasında pul bazarında market-meykerlik institutunun yaradılmasına dair saziş bağlanıb. Hazırda market-meykerlərin sayı 10-a çatıb və bu banklar tərəfindən BEST sisteminə gündəlik olaraq milli və xarici valyutada kredit resurslarının cəlb edilməsi və yerləşdirilməsi üzrə sifarişlər daxil edilir ki, nəticədə BakIBID və BakIBOR pul bazarı indikatorları formalaşır.

BBVB-də qeyd edirlər ki, Mərkəzi Bankın iştirakını nəzərdə tutan yeni seqment və mexanizm pul bazarının likvidliyinin artmasına və burada risklərin azalmasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR