Bank Of Baku

“Visa”nın mənfəəti 2008-2009-cu maliyyə ilində 3 dəfə artıb

“Visa”nın mənfəəti 2008-2009-cu maliyyə ilində 3 dəfə artıb
# 28 oktyabr 2009 07:54 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın aparıcı ödəniş sistemi olan “Visa İnc.”in mənfəəti 2008-2009-cu maliyyə ilində təxminən 3 dəfə artıb. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı hesabatda bildirilir.
Ötən ili 804 mln. dollar mənfəətlə başa vuran “Visa İnc.”in builki göstəricisi 2,35 mlrd. dollar olub. Bu müddətdə “Visa İnc.”in səhmlərinin də qiyməti artaraq, 96 sentdən 3,10 dollara yüksəlib.
Hesabat dövründə şirkətin gəlirləri 10% artaraq 6,91 mlrd. dollara çatıb. Ötən il bu göstərici 6,26 mlrd. dollar olub.
2008-2009-cu maliyyə ilinin IV rübündə “Visa”nın mənfəəti ötən ilki 356 mln. dollar zərərə qarşı 514 mln. dollar təşkil edib. Bu zaman onun bir səhminin qiyməti 69 sent, gəlirləri 1,87 mlrd. dollar olub. Ötən il bu göstəricilər müvafiq olaraq 45 sent və 1,71 mlrd. dollar olub. Şirkətin əməliyyatlarının həcmi 9% artaraq 10,5 mlrd. dollar təşkil edib.
“Visa İnc.”in rəhbəri Cozef Sonders qeyd edib ki, şirkətdə stabilləşmə əlamətləri hiss olunur: “Bu isə böhrandan sonrakı bərpanın qısa müddətdə olacağına inamı artırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR