Bank Of Baku

«Azər-Türk Bank» gələn ildən çip-kartların emissiyasına başlayır

«Azər-Türk Bank» gələn ildən çip-kartların emissiyasına başlayır
# 28 oktyabr 2009 08:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu il ərzində plastik çip-kartların emissiyasına başlamaq məqsədi ilə «MasterCard» beynəlxalq ödəniş sistemindən lisenziya almaq niyyətindədir.

Bankın İdarə Heyətinin üzvü Pərvanə Məmmədovanın «APA-Economics»ə verdiyi məlumata görə, artıq növbəti ilin yanvar ayından etibarən bank lisenziyanın alınması istiqamətində müvafiq işlərə başlayacaq və sertifikasiya prosesinin 2010-cu il ərzində yekunlaşacağı gözlənilir. Bundan sonra «Azər-Türk Bank»ın bankomatları çip-kartları da qəbul edəcək.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turan Bank» ASC (4%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,706 mln. manat, kredit portfeli 26,334 mln. manat, depozit portfeli 31,309 mln. manat, məcmu kapitalı 11,811 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 3 filialı, 4 bankomatı və 16 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR