Bank Of Baku

Azərbaycan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının illik konfransında iştirak edib

Azərbaycan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının illik konfransında iştirak edib
# 28 oktyabr 2009 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin sektor müdiri Zəka Mirzəyev Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (BSNA) Rio-de-Janeyroda (Braziliya) keçirilən XVI illik konfransında iştirak edib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, konfransa dünyanın 100-dən artıq ölkəsindən 505 nümayəndə qatılıb. Burada Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarının rəsmiləri ilə yanaşı ayrı-ayrı ölkələrin sığorta tənzimlənməsi və nəzarəti orqanlarının rəhbərləri müxtəlif məruzələr və təqdimatlarla çıxış edib, həmçinin iştirakçılar arasında fikir mübadilələri aparılıb.

Konfransda həmçinin maliyyə böhranından çıxarılan nəticələr, mikrosığortanın sosial-iqtisadi inkişafdakı rolu, təklif olunan yeni beynəlxalq nəzarət mexanizminin ünsürləri barədə mühazirələr dinlənilib.

Qeyd edək ki, konfransın sonuncu günü BSNA-ya üzv təşkilatların təmsilçilərinin ümumi yığıncağı keçirilib və yığıncaqda bir sıra sənəd qəbul edilib. Ümumi yığıncağın sonunda sığortanın əsas prinsipləri üzrə həyata keçirilən təkmilləşdirmələr barədə məruzə edilib, BSNA-nın 2012-ci ildəki illik konfransının ABŞ-da keçirilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, Dubayda keçirilməsi nəzərdə tutulan 2010-cu ilin illik konfransına hazırlıq proqramının da təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR