Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı overdraft kreditləri ilə pul bazarına dəstək verəcək

Azərbaycan Mərkəzi Bankı overdraft kreditləri ilə pul bazarına dəstək verəcək
# 28 oktyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) iştirakı ilə daxili maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) təminat sistemi yaradılıb. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, təminat sisteminin yaradılmasında əsas məqsəd bankların bir-birinə olan etimadını artırmaqla banklararası kredit bazarının likvidliyinin yüksəldilməsidir.

Bununla əlaqədar, bazarda market-meyker qismində iştirak edən banklar və Bakı Banklararası Valyuta Birjasının birgə təşəbbüsü ilə MBKB-nin yeni seqmenti olan Təminatlı Pul Bazarı seqmentinin əsası qoyulub və yeni seqmentdə Mərkəzi Bankın iştirak mexanizmi hazırlanıb.

Yeni seqmentdə təminat sistemi öhdəliklərin vaxtında icra edilməsini təmin edən Mərkəzi Bankın overdraft xətti və iştirakçı bankların kollektiv məsuliyyət prinsipinə əsaslanır. Yeni seqmentin ilkin fəaliyyəti dövründə hər bir bankın cəlb edəcəyi vəsaitin - kredit limitinin və əməliyyatların maksimal müddətinin məhdudlaşdırılması qərara alınıb. Sistem üzrə əməliyyatların həcmi və intensivliyi artdıqca banklara ayrılan kredit limitinin həcminin artırılması və əməliyyatların müddətinin uzadılması nəzərdə tutulur. Bazarın yeni seqmentinin işə düşməsi banklararası likvidliyin çevik tənzimlənməsinə kömək etməklə yanaşı pul siyasətinin daha effektiv həyata keçirilməsinə də xidmət edəcək.

Qeyd edək ki, overdraft - nəzərdə tutulan həcmdən artıq əməliyyat aparmağa imkan verən kredit növüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR