Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev Kraliça Viktoriya Xatirə Medalı ilə təltif olunub - FOTO

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev Kraliça Viktoriya Xatirə Medalı ilə təltif olunub - <font color=red>FOTO</font>
# 28 oktyabr 2009 11:23 (UTC +04:00)
London-APA. Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə Oksford Liderlər Sammiti keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Şərqi və Mərkəzi Avropa, Baltik ölkələri, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri iştirak ediblər. Tədbir “Syngentia” şirkəti, Thames Valley Ticarət Palatası, Reading Universitetinin birgə sponsorluğu ilə keçirilib.

Tədbir çərçivsəində bir sıra şirkət rəhbərləri müxtəlif meyarlar üzrə fəxri titul və mükafatlarla təltif ediliblər. Bu çərçivədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev Kraliça Viktoriya Xatirə Medalı (Queen Victoria Commemorative Medal) beynəlxalq mükafatına layiq görülüb. Bu mükafat biznes sahəsində uğurlu fəaliyyətə və biznes dəyərlərinin qorunub saxlanmasında xidmətləri olan işgüzar şəxslərə verilir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri bu mükafata iqtisadi və sosial istiqamətlərdə uğurlu proqramların icrası, ölkənin beynəlxalq arenada layiqli təmsil olunması və xeyriyyəçilik fəaliyyətləri ilə bağlı təşəbbüslərinə görə layiq görülüb. Sammitdə iştirak edən səfir Fəxrəddin Qurbanov təltifetmə mərasimində çıxışında ölkəmizin iqtisadi inkişafı, davamlı iqtisafi inkişafın təmin olunması istiqamətində görülən tədbirlər haqqında bəhs edib və verilən mükafatın bu uğurların təsdiqi olduğunu diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR