Bank Of Baku

Ukrayna BVF-dən aldığı krediti maaş və pensiyaların ödənilməsinə yönəldib

Ukrayna BVF-dən aldığı krediti maaş və pensiyaların ödənilməsinə yönəldib
# 28 oktyabr 2009 13:42 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya ayırdığı sabitləşdirmə kreditinin böyük hissəsi dövlət büdcəsinə yönəldilib.
APA-Economics”in xəbərinə görə, kreditlərdən maaş və pensiyaların vaxtında ödənilməsi üçün istifadə olunub. Bu barədə fondun yaydığı açıqlamada bildirilir.
BVF-nin Ukraynadakı daimi nümayəndəsi Maks Alye bildirib ki, fondun Ukraynanı kreditləşdirməsi proqramı çərçivəsində inflyasiyanın təsirini azaltmaq üçün ölkə vətəndaşlarının maaş və pensiyalarının orta hesabla 10% artırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2009-cu ilin 8 ayı ərzində Ukraynada inflyasiya 8,2% təşkil edib. BVF Ukraynaya 16,5 mlrd. dollar həcmində sabitləşdirmə kreditinin ayırmağa razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR