Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 29 oktyabr 2009 07:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Sığorta fəaliyyəti haqqında» qanunun tələblərinə uyğun olaraq, bu günlərdə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinə müddətsiz lisenziya verilib.

Qeyd edək ki, bununla da müddətsiz lisenziya almış sığorta şirkətlərinin sayı 8-ə çatıb.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 8 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR