Bank Of Baku

ABŞ prezidenti ölkənin hərbi büdcəsini ixtisar edib

ABŞ prezidenti ölkənin hərbi büdcəsini ixtisar edib
# 29 oktyabr 2009 08:03 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ prezidenti Barak Obama ölkənin 2010-cu il üçün hərbi büdcəsini təsdiqləyib.
APA-Economics”in xəbərinə görə, prezident hərbi büdcədə bahalı proqramları ixtisar edib. Bu səbəbdən ABŞ gələn F-22 qırıcı təyyarələri almayacaq, Gələcəyin Döyüş Sistemlərini maliyyələşdirməyəcək.
Barak Obama qeyd edib ki, ABŞ-ın Təftiş Palatası 96 hərbi proqramı nəzərdən keçirib və bu qənaətə gəlib ki, onların həcmi 296 mlrd. dollar çoxdur. Bu isə hərbçilərin və onların ailə üzvlərinin il ərzində aldığı əmək haqqı və güzəştlərin həcminə bərabərdir. Məhz bu səbəbdən F-22 qırıcılarının alınması proqramına xitam verilib: “Biz Pentaqonun ehtiyac duymadığı qırıcıların alınmasına əlavə 2 mlrd. dollar xərcləməyəcəyik. Qırıcıların İraq və Əfqanıstandakı üsyanların yatırılmasına yaramadığı da tam sübuta yetirilib”.
Bundan başqa, Obama yeni prezident vertolyotunun maliyyələşdirilməsini də dayandırıb: “Mən bahalı vertolyotda uçmayacağam”.
Bu və digər hərbi proqramların ixtisar olunmasından sonra Pentaqona 680 mlrd. dollar vəsait ayrılıb. ABŞ prezidenti yeni hərbi büdcəni qələbə adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR