Bank Of Baku

Gələn ay «Royal Bank»ın səhmdarlarının iclası keçiriləcək

Gələn ay «Royal Bank»ın səhmdarlarının iclası keçiriləcək
# 29 oktyabr 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayının 30-da «Royal Bank» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın Müşahidə Şurası və İdarə Heyəti sədrinin dəyişdirilməsi, həmçinin Müşahidə Şurası və İdarə Heyətinin tərkibi haqqında məsələlər müzakirə ediləcək.

Eyni zamanda, toplantıda bank tərəfindən yeni səhmlərin buraxılması məsələsinə də baxılacaq.

Qeyd edək ki, hazırda bankın Müşahidə Şurasının sədri vəzifəsində Ali Cam, İdarə Heyətinin sədri vəzifəsini isə Zaur Fərzəliyev çalışır.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 135,55 mln. manat, depozit portfeli 54,501 mln. manat, kredit portfeli 99,254 mln. manat, məcmu kapitalı 21,698 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 31 filialı, 4 mübadilə məntəqəsi, 29 bankomatı və 97 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR