Bank Of Baku

Böyük Britaniya son bir ildə Azərbaycana sərmayələrini iki dəfə azaldıb

Böyük Britaniya son bir ildə Azərbaycana sərmayələrini iki dəfə azaldıb
# 29 oktyabr 2009 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Böyük Britaniya şirkət və təşkilatları tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 417 023,9 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Böyük Britaniya investorları tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların strukturunda Böyük Britaniya şirkətlərinin sərmayələrinin xüsusi çəkisi 45,6% təşkil edib. Bu isə ötən ilki müvafiq göstəriciyə nisbətən 0,5 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR