Bank Of Baku

Beynəlxalq Valyuta Fondu İslandiyaya 167,8 mln. dollar kredit ayırıb

Beynəlxalq Valyuta Fondu İslandiyaya 167,8 mln. dollar kredit ayırıb
# 29 oktyabr 2009 09:51 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) İslandiyaya 167,8 mln. dollar kredit ayırmaq barədə qərar qəbul edib.
APA-Economics”in xəbərinə görə, BVF-nin yaydığı açıqlamada bildirilir ki, İslandiyaya kredit 2008-ci ilin noyabrında başlanmış yardım proqramı çərçivəsində ayrılır. Proqrama əsasən bu ölkəyə ümumilikdə 2,1 mlrd. dollar kredit ayrılacaq.
Qeyd edək ki, 1976-cı ildən İslandiya kömək üçün BVF-yə müraciət edən ilk ölkə olub. Buna səbəb 2008-ci ildə ölkədə inflyasiyanın kəskin artması, milli valyutanın ucuzlaşması, fond bazarının öz kapitallaşmasının ¾-nü itirməsi səbəb olub. Nəticədə İslandiya hökuməti iflas ərəfəsində olan üç nəhəng bankı milliləşdirmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR