Bank Of Baku

«Zamin Bank»ın depozit portfeli son bir ildə 30% azalıb

«Zamin Bank»ın depozit portfeli son bir ildə 30% azalıb
# 29 oktyabr 2009 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 162,066 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 36% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 28% azalaraq 27,614 mln. manat, kredit portfeli 42% artaraq 103,847 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,2 dəfə artaraq 24,070 mlın. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 21,6% artaraq 17,397 mln. manata, o cümlədən nizamnamə kapitalı 17,9% artaraq 13,194 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 13% azalaraq 12,807 mln. manat, xərcləri isə 20% azalaraq 10,692 mln. manat olub. Nəticədə, bankın mənfəəti 61% artaraq 2,115 mln. manat təşkil edib.

Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın respublika üzrə 30 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 28 bankomatı və 1 891 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR