Bank Of Baku

GUAM ölkələri arasında gömrük keçid məsələləri sadələşdiriləcək - FOTOSESSİYA

GUAM ölkələri arasında gömrük keçid məsələləri sadələşdiriləcək - <font color=red>FOTOSESSİYA</font>
# 29 oktyabr 2009 15:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə GUAM-ın “Ticarət və nəqliyyat layihəsinin həyata keçirilməsi” mövzusunda 11-ci iclası başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə bu ölkələrdən gələn nümayəndə heyətinin rəhbərləri gömrük rəsmiləşdirmələrinin asanlaşdırılması məsələləri və öz ölkələrində görülən işlər barədə məlumat veriblər. İclasın sonunda Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidməti ilə Ukrayna Dövlət Gömrük Xidməti arasında Gürcüstan və Ukrayna sərhədlərini keçməklə daşınan yük və nəqliyyat barədə əvvəlcədən informasiya mübadiləsi haqqında protokol imzalanması mərasimi olub. Protokolu Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova nümayəndə heyətlərinin rəhbərləri imzalayıblar. İclasda Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev, komitənin xarici əlaqələr idarəsinin rəisi Dilavər Fərzəliyev, gömrük nəzarəti baş idarəsi rəisinin birinci müavini Cavad Qasımov, sərhəd xidməti xarici əlaqələr idarəsinin əməkdaşı Faiq Cəbrayılbəyli təmsil edib. Tədbirdə Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidmətinin rəhbəri Georgi Tsaxakaya, Ukrayna Dövlət Gömrük Xidməti rəisinin birinci müavini Nikolaye Betrınça, Moldova Gömrük Xidməti baş direktorunun müavini İqor Pikovski iştirak edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev APA-nın Gürcüstan bürosuna verdiyi açıqlamada bildirib ki, Tiflisdə keçirilən bu iclas GUAM ölkələri arasında ticarət və nəqliyyat daşımalarına yardım layihəsidir: “Bu iclası keçirməkdə məqsədimiz gömrük keçid məntəqələrində rəsmiləşdirməni asanlaşdırmaqdır. Buna görə də, hər ölkədə Nazirlər Kabinetinin təsdiqlədiyi milli plan hazırlanıb. GUAM ölkələri bu plan əsasında işləyir və ildə iki dəfə iclasda informasiya ilə çıxış edirlər. Bu gün də biz gördüyümüz işlər barədə məlumat verdik və sonda fikirlərimizi yekunlaşdırdıq. Bütün məlumatlarda sərhəddə gömrükdən keçid məsələlərinin sadələşdirilməsi öz əksini tapdı. Sonra avtomatlaşdırılmış operator sistemi barədə məsələni müzakirə etdik. Bu məsələdə yük daşıyan ölkələr yük və nəqliyyat barədə əvvəlcədən bir-birlərinə məlumat verəcəklər. Bu məsələ layihə şəkilində ortaya qoyulub. Axırıncı müzakirə etdiyimiz məsələni biz Bakı iclasında irəli sürmüşük. Bu əqli mülkiyyətin qorunması məsələsinin müzakirəsidir. Azərbaycan gömrük sistemində bir pəncərə və sərhəddə dayanma məsələsinin həlli barədə çox iş görüb. İndi nəqliyyat vasitələri sərhəddən keçid zamanı sənədləşməyə 20-30 dəqiqə vaxt sərf edir, halbuki bu əvvəllər 3-4 saat vaxt aparırdı. İndi sərhədlərimizdə müasir standartlara uyğun tikintilər aparılır, infrastruktur yenisi ilə əvəz olunur, yeni, müasir tipli qurğularla təmin edilən yollar açılır. Bununla ticarətin güclənməsinə və nəqliyyatın hərəkətinə optimal şərait yaradılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR