Bank Of Baku

«UniLeasing» şirkətinin lizinq portfeli 32 mln. manata çatıb

«UniLeasing» şirkətinin lizinq portfeli 32 mln. manata çatıb
# 30 oktyabr 2009 07:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 32 mln. manata çatıb. Bu isə cari ilin əvvəli ilə müqayisədə təxminən 17% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 160 lizinq müqaviləsi imzalanıb. Bu müqavilələrə uyğun olaraq ümumi dəyəri 5,6 mln. manatdan artıq olan 189 obyekt lizinqə verilib.

Qeyd edək ki, şirkət fəaliyyət göstərdiyi tarixdən indiyədək 859 lizinq müqaviləsi imzalayıb və bu müqavilələr üzrə lizinqə verilmiş obyektlərin dəyəri 51,2 mln. manatdan çox olub.

Şirkətin lizinq portfelinin strukturuna gəldikdə isə 24% tikinti və tikinti materiallarının istehsalı, 23% istehsalat, 16% istehlak, 14% ticarət, 10% nəqliyyat, 3% tibb və 10% digər sahələr təşkil edib.

Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR