Bank Of Baku

Azərbaycanda bank aktivlərinin həcmi ilin əvvəlindən 4,8% artıb

Azərbaycanda bank aktivlərinin həcmi ilin əvvəlindən 4,8% artıb
# 30 oktyabr 2009 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2009-cu ilin sentyabr ayında 144,3 mln. manat və ya 1,4% artaraq oktyabrın 1-nə 10 769,7 mln. manata çatıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 855,9 mln. manat və ya 8,6%, cari ilin əvvəlindən isə 496,2 mln. manat və ya 4,8% artıb.

Aktivlərin dinamikasına nəzər yetirdikdə məlum olur ki, bank sisteminin əsas göstəricisi üzrə cari ilin ilk rübü ərzində azalma müşahidə olunub. Azalmanın həcmi isə 1 458,5 mln. manat və ya 14,2% təşkil edib. Lakin sonrakı iki rüb ərzində aktivlərin həcmi 1 954,7 mln. manat və ya 22,2% artıb. Azalmanın əsas səbəbi dünya maliyyə böhranının Azərbaycan bank sisteminə təsiri ilə bağlı olub. Çünki böhran ölkənin bank sistemində daha ehtiyatlı yanaşma formalaşdırıb ki, bunun nəticəsində bankların əsas aktiv əməliyyatı olan kreditləşmə azalmağa başlayıb. Bundan əlavə, xarici öhdəliklərin yerinə yetirilməsi səbəbindən bankların qısamüddətli resurs problemi yaranıb - banklar borcların qaytarılması məqsədilə vəsait toplamağı başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR