Bank Of Baku

Azərbaycanlı gənc mütəxəssislər ABŞ-da sığorta üzrə təcrübə keçir

Azərbaycanlı gənc mütəxəssislər ABŞ-da sığorta üzrə təcrübə keçir
# 30 oktyabr 2009 07:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan, Çin, Misir, Səudiyyə Ərəbistanı, Tailand və Zambiyadan olan 13 gənc mütəxəssis sığorta tənzimlənməsi və nəzarəti üzrə təcrübə keçmək üçün ABŞ-a səfər edib.

«APA-Economics»in məlumatına görə, mütəxəssislərin ABŞ-da təcrübə keçməsi ABŞ Milli Sığorta Müvəkkilləri Assosiasiyasının (MSMA) maliyyə dəstəyi ilə 2004-cü ildən həyata keçirilən Təhsil və Tənzimləyici Əməkdaşlıq üzrə Beynəlxalq İnterna Proqramı çərçivəsində ABŞ dövlət sığorta müvəkkilləri təşkilatı tərəfindən təşkil olunub.

Proqramın qrafikinə əsasən, Kanzas Sitidə ABŞ-dakı sığorta tənzimlənməsinin ümumi prinsipləri ilə 5 günlük tanışlıqdan sonra hər bir praktikant altı həftəliyə müxtəlif ştatlara göndəriləcək və orada peşəkar sığorta mütəxəssislərinin rəhbərliyi ilə birgə öz ixtisas sahələri üzrə işləyəcəklər.

Daha sonra proqram iştirakçıları San-Fransiskoda MŞMA-nın 2009-cu il üzrə Qış Toplantısında iştirak edəcəklər. Səfər Vaşinqton Dairəsində yekun hesabat, seminar və sertifikatların təqdim olunması mərasimi ilə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR