Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri ilin əvvəlindən 11,3% artıb

Azərbaycanda əhalinin bank əmanətləri ilin əvvəlindən 11,3% artıb
# 30 oktyabr 2009 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 2009-cu ilin sentyabr ayında 95,2 mln. manat və ya 4,7% artaraq oktyabrın 1-nə 2 119,3 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 230,6 mln. manat və ya 12,2%, cari ilin əvvəlindən isə 215,6 mln. manat və ya 11,3% artıb.

Qeyd edək ki, bank sisteminin digər əsas göstəriciləri kimi əmanətlər üzrə də dinamika cari ilin ilk rübündə azalma, sonrakı iki rübdə isə artım nümayiş edib. Belə ki, cari ilin yanvar-mart ayları ərzində əhalnin əmanətləri 131 mln. manat və ya 6,9% azalıb, aprel-sentyabr ayları ərzində isə 346,6 mln. manat və ya 19,6% artıb.

Əhalinin əmanətlərinin dinamikası, daha dəqiq desək, bu göstəricinin ilin əvvəlindən azalması əsasən banklar tərəfindən biznes kreditləşməsinin azaldılması, istehlak kreditləşməsinin isə dayandırılması ilə bağlı olub. Nəticədə, fiziki şəxs olan sahibkarlar öz biznes fəaliyyəti üçün, ev təsərrüfatları isə öz istehlak tələbləri üçün bank hesablarındakı vəsaitlərdən istifadə etmək məcburiyyətində qalıb. Tendensiyanın bu səbəblərini kreditləşmənin dinamikası da sübut edir. Belə ki, bank kreditlərinin dinamikası cari ilin ilk rübündə azalmanı, sonrakı dövrdə isə artımı əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR