Bank Of Baku

«Fitch Ratings» agentliyi: Avropanın inkişafda olan ölkələrində bu il büdcə artacağı gözlənilir

«Fitch Ratings» agentliyi: Avropanın inkişafda olan ölkələrində bu il büdcə artacağı gözlənilir
# 30 oktyabr 2009 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi «Avropanın inkişafda olan bazarlarının 2009-cu il üzrə İcmalı»nda regionun inkişafda olan ölkələrində büdcə kəsirinin artacağını proqnozlaşdırır.

«APA-Economics»in məlumatına görə, büdcə kəsirinin artması əsasən resessiya dövründə neftin qiymətinin aşağı olması, banklara lazımi yardımın olmaması ilə bağlıdır. Orta hesabla 2009-cu ildə inkişafda olan Avropa ölkələrində büdcə kəsirinin ÜDM-ə nisbəti 5,9% təşkil edəcəyi gözlənilir. Halbuki, 2008-ci ildə bu rəqəm 1,1% təşkil edib. Gələn il isə büdcə kəsirinin ÜDM-ə nisbətinin bir qədər azalaraq 4,6%-ə düşəcəyi proqnozlaşdırılır.

Bundan başqa, reytinq agentliyinin mütəxəssislərinin fikrincə, orta hesabla dövlət borcunun ÜDM-ə nisbəti 2007-ci ildəki 23%-dən 2010-cu ildə 36%-dək artacaq. Büdcənin ortamüddətli möhkəmlənməsi təmin olunmadıqda ölkələrin reytinqdəki vəziyyəti pisləşə bilər.

Qeyd edək ki, 2009-cu ilin iyun ayında «Fitch» agentliyi Avropada inkişafda olan ölkələrin iqtisadi artımı ilə bağlı verilən proqnozu -4,6%-dən -6,1%-ə dəyişdirib. ÜDM-in 2010-cu il üçün proqnozunda da dəyişiklik olunub. Belə ki, əvvəlki 1,5%-lik artım 2,6%-ə dəyişdirilib. Yalnız Azərbaycan və Polşada 2009-cu ildə iqtisadi artımın müşahidə olunacağı gözlənilir. Belə ki, agentlik bu il ərzində Azərbaycanda ÜDM-in 3,5% artaraq 23 335,5 mln. manata, 2010-cu ildə isə 6% artaraq 27 352,6 mln. manata çatacağını proqnozlaşdırır.

Ermənistan, Estoniya, Latviya, Litva və Ukrayna da isə ÜDM-in azalması müşahidə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR