Bank Of Baku

«United Credit Bank» nizamnamə kapitalını artırır

«United Credit Bank» nizamnamə kapitalını artırır
# 30 oktyabr 2009 09:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi nizamnamə kapitalını 83% artıraraq 22 mln. manata çatdırmaq niyyətindədir.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, 10 mln. manatlıq əlavə səhm emissiyasının yerləşdirilməsi prosesi ən geci 2010-cu ilin mart ayının sonunadək başa çatdırılacaq: «Nizamnamə kapitalının artırılması ilə bağlı qərar bankın səhmdarlarının bu yaxınlarda keçirilən iclasında qəbul edilib. Qərara əsasən, mövcud səhmdarlar hesabına nizamnamə kapitalı 22 mln. manata çatdırılmalıdır».

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR