Bank Of Baku

Azərbaycanda bank kreditləşməsi ilin əvvəlindən 8,3% artıb

Azərbaycanda bank kreditləşməsi ilin əvvəlindən 8,3% artıb
# 30 oktyabr 2009 09:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi 2009-cu ilin sentyabr ayında 150,9 mln. manat və ya 2% artaraq oktyabrın 1-nə 7 598,8 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 153,8 mln. manat və ya 17,9%, cari ilin əvvəlindən isə 582,3 mln. manat və ya 8,3% artıb.

Qeyd edək ki, cari ildə kreditləşmə prosesi birmənalı dinamika nümayiş etdirməyib. Belə ki, yanvar-mart ayları ərzində bankların kredit qoyuluşlarının həcmi 978,7 mln. manat və ya 14% azalıb, aprel-sentyabr aylarında isə 1 561 mln. manat və ya 25,9% artıb və bu artım aylar üzrə daimi xarakter daşıyıb.

Oktyabrın 1-nə kredit qoyuluşlarının bank aktivlərinin strukturunda xüsusi çəkisi 70,6% təşkil edib ki, bu da ötən ilin analoji göstərisindən 5,6 faiz bəndi, cari ilin əvvəlinə nisbətən isə 2,3 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR