Bank Of Baku

Azərbaycanda məcmu bank kapitalı ilin əvvəlindən 15% artıb

Azərbaycanda məcmu bank kapitalı ilin əvvəlindən 15% artıb
# 30 oktyabr 2009 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2009-cu ilin sentyabr ayında 34,9 mln. manat və ya 2,1% artaraq oktyabrın 1-nə 1 711,1 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 339,6 mln. manat və ya 24,8%, cari ilin əvvəlindən isə 219,4 mln. manat və ya 14,7% artıb.

Qeyd edək ki, digər əsas bank göstəricilərindən fərqli olaraq, bankların məcmu kapitalı üzrə enmə tendensiyası müşahidə olunmayıb. Xatırladaq ki, aktivlər, kreditlər və əmanətlər üzrə cari ilin I rübündə azalma qeydə alınıb, lakin bu müddət ərzində banklar öz məcmu kapitalının artırılmasını davam etdirib. Bunun bir hissəsi nizamnamə kapitalının, bir hissəsi isə bölüşdürülməmiş mənfəətin artması ilə bağlı olub.

Digər bank göstəricilərinin azalması fonunda kapitalın yüksəlməsi Azərbaycan bank sisteminin dayanıqlıq göstəricisi kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR