Bank Of Baku

Azərbaycan Vaşinqtonda keçiriləcək beynəlxalq mikromaliyyə sammitində iştirak edəcək

Azərbaycan Vaşinqtonda keçiriləcək beynəlxalq mikromaliyyə sammitində iştirak edəcək
# 30 oktyabr 2009 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin noyabr ayının 2-6-da Vaşinqtonda (ABŞ) keçiriləcək Mikromaliyyə Assosiasiyalarının XI Beynəlxalq Sammitində iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, 46 ölkənin qatılacağı sammitdə mikromaliyyə sahəsinin mövcud vəziyyəti, indiyədək bu sahədə görülmüş işlər və gələcək inkişaf perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, bu sammitdə J.Hacıyeva iki mövzu üzrə geniş məruzə ilə çıxış edəcək. Mövzular «Üzv təşkilatlara göstərilən xidmətlər» və «Assosiasiyaya üzv olan təşkilatlarla əlaqələrin yaradılmasına» həsr olunub.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir və Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR