Bank Of Baku

«UniBank» əmanətçilər üçün yeni kampaniyaya başlayıb

«UniBank» əmanətçilər üçün yeni kampaniyaya başlayıb
# 30 oktyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin noyabr ayının 2-dən etibarən 6-24 ay müddətli depozit açan bütün əmanətçilər üçün «Hər kəsə hədiyyə» adlı kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın «Müddətli» depozitə vəsait yerləşdirən müştərilər öz əmanətinin hər 1 min manatı üçün onun 1%-i məbləğində hədiyyələr seçə biləcəklər. Kampaniyanın qüvvədə olduğu müddətdə (2010-cu ilin fevralın 28-dək) hər bir «Müddətli» depozit əmanətçisi 1000 manata qədər məbləğdə hədiyyələr əldə edə biləcək.

Eyni zamanda bir neçə müddətli depozit açıldığı halda, bankın müştəriləri onlar tərəfindən yerləşdirən əmanətlərin məcmu məbləğinə müvafiq miqdarda hədiyyələr alacaqlar. Əgər əmanətlər müxtəlif valyutalarda açılmışdırsa, onda məcmu məbləğ, Mərkəzi Bank tərəfindən müəyyən edilən məzənnəyə əsasən, Azərbaycan manatı ilə hesablanır.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı, 62 bankomatı və 228 POS-termnalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR