Bank Of Baku

“Samsung”un gəlirləri iki dəfə artıb

“Samsung”un gəlirləri iki dəfə artıb
# 30 oktyabr 2009 15:27 (UTC +04:00)
Bakı – APA-Economics. Cənubi Koreyanın “Samsung Electronics Co.” şirkətinin mənfəəti bu ilin III rübündə iki dəfədən çox artaraq 3,72 trln. von (3,14 mlrd. dollar) təşkil edib.
APA-Economics”in xəbərinə görə, bu barədə “Samsung”un yaydığı press-relizdə məlumat verilir.
Ötən ilin müvafiq dövründə şirkətin mənfəəti 1,22 trln. von (1,02 mlrd. dollar) olub.
Hesabat dövründə “Samsung”un gəlirləri 29% artaraq 24,86 trln. von (20,95 mlrd. dollar) təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 19,3 trln. von (16,26 mlrd. dollar) olub.
Bu isə onu göstərir ki, “Samsung” bu ilin I rübündə qlobal iqtisadi böhran nəticəsində uğradığı zərəri kompensasiya etməyə nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR