Bank Of Baku

«AtaSığorta» şirkəti nizamnamə kapitalını artıracaq

«AtaSığorta» şirkəti nizamnamə kapitalını artıracaq
# 02 noyabr 2009 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkəti 2010-cu il ərzində nizamnamə kapitalını 75% artıraraq 3,5 mln. manata çatdıracaq. Bu barədə «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədr müavini İsrayıl Qarayev məlumat verib.

İ.Qarayevin sözlərinə görə, nizamnamə kapitalının artırılması 2009-cu ildə əldə olunan mənfəət hesabına həyata keçiriləcək. Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,179 mln. manat, ödənişləri isə 0,406 mln. manat olub. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR