Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 02 noyabr 2009 09:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin sonuna kimi «Azərbaycan Sənaye Sığorta» şirkətinin səhmdarları sırasına əlavə iki hüquqi şəxs cəlb olunacaq. Yeni səhmdarların cəlb olunması ilə şirkətin nizamnamə kapitalı üç dəfə artaraq 3 mln. manata çatdırılacaq. Bu barədə «APA-Economics»ə şirkətin direktoru Rəşad Əhmədov məlumat verib.

R.Əhmədovun sözlərinə görə, əlavə səhmdarların cəlb edilməsi ilə bağlı bu gün Azərbaycan Maliyyə Nazirliyinə müraciət olunacaq və artıq bununla bağlı müvafiq sənədlər hazırlanıb.

R.Əhmədov növbəti ilin yanvar ayının sonunda nizamnamə kapitalının yenidən artırılaraq 4 mln. manata çatdırılması planlaşdırılır. Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» (CI Insurance) brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR