Bank Of Baku

Azərbaycanda bank öhdəliklərinin 23%-i əhalinin əmanətlərinin payına düşür

Azərbaycanda bank öhdəliklərinin 23%-i əhalinin əmanətlərinin payına düşür
# 02 noyabr 2009 09:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu öhdəliklərinin strukturunda əhalinin əmanətlərinin xüsusi çəkisi 2009-cu ilin oktyabr ayının 1-nə 23,4% təşkil edib. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 1,7 faiz bəndi artıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 1-nə öhdəliklərin 22,1%-i əhalinin əmanətlərinin payına düşüb. Beləliklə, Azərbaycan bank sistemi üçün 21-23%-lik dəhliz səciyyəvi hesab oluna bilər.

Qeyd edək ki, dünya praktikasında analoji göstərici 15-18% təşkil etdiyi halda, həmin ölkənin bank sistemi əhali ilə fəal işləyən sistem kimi qiymətləndirilir.

Əmanətlərin bank öhdəliklərində yüksək (50-60%) olması bir tərəfdən banklara xeyirli, digər tərəfdən isə zərərlidir. Belə ki, əmanətlərin əsasən müddətli olması səbəbindən onların bankların resurs bazasında əsas yerin tutması bankların likvidliyini, kredit vermək və investisiya qoymaq qabiliyyətini artırır, bu da bankın inkişafı üçün birmənalı müsbət amildir. Lakin eyni zamanda əhalinin əmanətləri bank resurs bazasında ən bahalı və qaytarılmasını proqnozlaşdırmaq baxımından ən riskli mənbədir ki, bu da həm bank xərclərinin, həm də son kredit faiz dərəcələrinin artmasına səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR