Bank Of Baku

«Azərqarant» bu il 1 mln. manat sığorta haqqı toplamaq niyyətindir

«Azərqarant» bu il 1 mln. manat sığorta haqqı toplamaq niyyətindir
# 02 noyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkəti 2009-cu ildə 1 mln. manat həcmində sığorta haqqı toplayacağını proqnozlaşdırır.

Şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin yekununda sığorta daxilolmalarının həcmi 1 mln. manata çata bilər: «Çünki şirkət bir neçə hüquqi və fiziki şəxslə sığorta müqaviləsi bağlamaq niyyətindədir. Əgər bu müqavilələr reallaşarsa, bu il ərzində 1 mln. manatlıq sığorta haqqı toplanıla bilər».

Qeyd edək ki, 2008-ci il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 1,059 mln. manat, ödənişləri isə 0,140 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR