Bank Of Baku

«Kövsər Bank»ın depozit portfeli son bir ildə 54% artıb

«Kövsər Bank»ın depozit portfeli son bir ildə 54% artıb
# 02 noyabr 2009 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» Səhmdar Kommersiya Bankının (ASC) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 17,336 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 8,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 54,2% artaraq 3,071 mln. manat, məcmu kapitalı 1% artaraq 10,254 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,020 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri və xərcləri 2,4 dəfə artaraq müvafiq olaraq 1,734 mln. manata və 1,708 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 16% azalaraq 26 min manat olub.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Hazırda Bankın respublika üzrə 2 filialı və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR