Bank Of Baku

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin 49,7%-i vergi daxilolmaları hesabına formalaşacaq

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin 49,7%-i vergi daxilolmaları hesabına formalaşacaq
# 02 noyabr 2009 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015,0 mln. manat həcmində proqnozlaşdırılır ki, bunun da 4 978,0 mln. manatını və ya 49,71%-ni vergilərdən daxilolmalar təşkil edəcək. Bu barədə «APA-Economics»ə Milli Məclisin İqtisadi siyasət Komitəsindən məlumat verilib.

Dövlət büdcəsinin ümumi gəlirləri 2009-cu il ilə müqayisədə 3,2% çox, 2008-ci ilin faktiki göstəricisindən 6,1% az, vergilərdən daxilolmalar isə müvafiq olaraq 6,8% çox və 26% az proqnozlaşdırılır.

Vergi daxilolmalarının 1 776,0 mln. manatını gəlirlərdən (mənfəətdən) vergilər, 680,0 mln. manatını fiziki şəxslərin gəlir vergisi, 1 096,0 mln. manatını hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 136,0 mln. manatını torpaq vergisi, 101,0 mln. manatını əmlak vergisi təşkil edəcəyi proqnozlaşdırılır. Gəlir vergisi 2009-cu ilin gözlənilənindən 2,3%, 2008-ci ilin göstəricisindən isə 49,1% azdır. Bu göstərici hüquqi şəxslərin mənfəət vergisi üzrə müvafiq olaraq +5% və +8,4%, mülkiyyətdən vergilər üzrə +4,6% və -5,2% təşkil edəcək.

Büdcə gəlirlərində əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 876,0 mln. manat (2009-cu ilin gözlənilənindən 3,8% çox, 2008-ci ildən faktiki 1,8% az), sadələşdirilmiş vergi 90,0 mln. manat (müvafiq olaraq +15,4% və +39,8%), aksizlər 552,0 mln. manat (müvafiq olaraq +39,1% və +13,4%), yol vergisi 40,5 mln. manat (+12,2% və +25,3%), mədən vergisi 130,0 mln. manat (0% və -12%) təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR