Bank Of Baku

Gələn il Azərbaycanda büdcə kəsirinin 7 dəfədən çox artacağı gözlənilir

Gələn il Azərbaycanda büdcə kəsirinin 7 dəfədən çox artacağı gözlənilir
# 02 noyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, nəticədə, gələn ilki dövlət büdcəsində 1 249 mln. manat həcmində kəsirin yaranacağı gözlənilir.

Qanun layihəsinə əsasən, büdcə gəlirlərinin əsas mənbələri sırasında Dövlət Neft Fondundan daxilolmalar (4 915 mln. manat), əlavə dəyər vergisi (1 876 mln. manat), hüquqi şəxslərin mənfəət vergisi (1 096 mln. manat), fiziki şəxslərin gəlir vergisi (680 mln. manat), aksiz üzrə (552 mln. manat) daxilolmalardır.

Büdcə xərclərinin əsas istiqamətləri sırasında isə birinci yeri dövlət əsaslı vəsait qoyuluşları tutur. Belə ki, həmin təsnifat üzrə 3 549 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, 2010-cu ilin dövlət büdcəsində 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə və sosial təminatı xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutulub.

Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, həmçinin daxili və xarici borcalmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxiolmalar və 2010-cu ilin yanvarın 1-nə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsində nisbətən gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalması müşahidə olunur. Göründüyü kimi, artıq gələn il büdcə kəsirinin 7 dəfədən çox artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR