Bank Of Baku

Azərbaycan hökuməti 2010-cu ildə iqtisadi artım tempinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır

Azərbaycan hökuməti 2010-cu ildə iqtisadi artım tempinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır
# 02 noyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti 2009-cu ilin yekununda ölkədə ümumi daxili məhsulun (ÜDM) artım tempinin 12,9% təşkil edəcəyini proqnozlaşdırır.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, cari ildə 2008-ci ilə nisbətən Azərbaycanda ÜDM-in 12,9%-lik real artım tempi ilə 30,697 mlrd. manata çatacağı gözlənilir. Bu da bazar qiymətləri ilə ötən illə müqayisədə 19,2% azdır.

Hökumətin proqnozuna əsasən, 2010-cu ildə ölkədə ÜDM-in 31 825,5 mln. manat (real artım tempi - 6,8%), 2011-ci ildə 33 992,9 mln. manat (5,1%), 2012-ci ildə 35 292,9 mln. manat (1,9%), 2013-cü ildə isə 38 162,1 mln. manat (5,8%) təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda ÜDM 25%-lik artım tempi ilə 28 360,5 mln. manat, 2008-ci ildə isə 10,8%-lik artım tempi ilə 38 005,7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR