Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin gəlirləri üzrə yaxın illərdə ardıcıl artım gözlənilir

Azərbaycan dövlət büdcəsinin gəlirləri üzrə yaxın illərdə ardıcıl artım gözlənilir
# 02 noyabr 2009 14:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan dövlət büdcəsinin gəlirləri üzrə yaxın 4 il ərzində ardıcıl artım dinamikası gözlənilir. «APA-Economics»in məlumatına görə, «Azərbaycan Respublikasının 2010-cu ildə dövlət büdcəsi haqqında» qanun layihəsinin zərfində əks olunmuş göstəricilərə əsasən, bu artıma baxmayaraq, 2009-cu il üçün qəbul edilmiş büdcə gəlirlərin proqnoz səviyyəsinə hətta 2013-cü ildə də nail olunmayacağı vurğulanır.

Belə ki, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri 11 012,3 mln. manat həcmində proqnozlaşdırılır, halbuki 2009-cu ilin büdcə layihəsinə əsasən, bu proqnoz göstərici 12 177 mln. manata bərabərdir:




Dövlət büdcəsinin xərclərinin dinamikasında da azalma tendensiya müşahidə olunur:




Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən rəqəmlər yalnız proqnozları əks etdirir və bunların artıb-azalması mümkündür. Belə ki, cari ilin büdcəsində 12 mlrd. manatdan artıq həcmində gəlir və xərclər nəzərdə tutulsa da, ilk 9 ayın nəticəsində büdcə gəlirləri müvafiq proqnozdan 8%, xərclər isə 18% geriləmə ilə icra olunub. Bunun bir neçə səbəbi var və qeyd olunan geriləmə ilk növbədə neft sektorundan daxilolmaların azalması ilə bağlıdır. Aydındır ki, gələn illərdə neftin qiyməti artacağı təqdirdə Azərbaycanın büdcə göstəriciləri üzrə proqnozlarının artırılması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR