Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvar-oktyabr aylarında kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-oktyabr aylarında kəskin azalıb
# 02 noyabr 2009 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) 2009-cu ilin yanvar-oktyabr ayları ərzində bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 3 045,349 mln. manat təşkil edib. Bu da, 2008-ci ilin eyni dövrünün analoji göstəricisindən 2,4 dəfə azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 39,66% artıb. Korporativ istiqrazların təkrar bazarı 3 dəfədən çox, korporativ istiqrazların ilkin bazarı isə 35,32% artıb.

Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 13 dəfə artıb. Səhmlərin ilkin bazarının həcmi isə 0,16% artıb.

Korporativ qiymətli kağızlar üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli





Bazarın seqmentləri

yanvar-oktyabr, 2009

yanvar-oktyabr, 2008

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar
(yerləşdirmə)

43 736 844,08

52

32 320 946,50

49

35,32%

Korporativ istiqrazlar
(təkrar bazar)

45 610 410,90

38

14 925 470,93

83

3,1 dəfə

Kİ bazarı cəmi

89 347 54,98

90

47 246 417,43

132

1,9 dəfə

Səhmlər (yerləşdirmə)

139 862 847,40

1 272

139 644 076,67

1 008

0,16

Səhmlər (təkrar bazar)

35 353 707,92

2 614

2 549 671,20

545

13,8 dəfə

Səhm bazarı cəmi

175 216 555,32

3 886

142 193 747,87

1 553

23,22

KQK bazarı cəmi

264 563 810,30

3 976

189 440 165,30

1 685,00

39,66




Hesabat dövründə həmçinin birja fəallığının artımı dövlət istiqrazlarının (Dİ) ilkin və təkrar bazarında müşahidə olunub. Belə ki, cari ilin ilk 10 ayı ərzində Dİ-nin ilkin bazarı 1,74 dəfə, təkrar bazarı isə 1,71 dəfə artıb.

Dövlət qiymətli kağızları üzrə
 BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli





Bazarın seqmentləri

yanvar-oktyabr, 2009

yanvar-oktyabr, 2008

 

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AR MN)  (yerləşdirmə)

418 692 613,87

226

240 452 780,50

193

74,13%

Dİ (AR MN)
(təkrar bazar)

149 045 985,50

85

86 694 093,86

70

71,92%

Dİ bazarı cəmi

567 738 599,37

311

327 146 874,36

263

73,54%

Notlar (AR MB)
(yerləşdirmə)

270 734 277,15

172

1 324 593 318,50

637

-4,9 dəfə

Notlar (AR MB)
(təkrar bazar)

67 504 812,02

39

416 683 525,28

332

-6,2 dəfə

Not bazarı cəmi

338 239 089,17

211

1 741 276 843,78

969

-5,2 dəfə

Repo əməliyyatları

1 874 808 344,66

582

5 098 839 357,28

1 458

-2,7 dəfə

DQK bazarı cəmi

2 780 786 033,20

1 104

7 167 263 075,42

2 690

-2,5 dəfə


Dİ – dövlət istiqrazları;
AR MN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
AR MB – Azərbaycan Respublikasının Mərkəzii Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR