Bank Of Baku

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin vergi ödənişləri son bir ildə kəskin azalıb

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin vergi ödənişləri son bir ildə kəskin azalıb
# 03 noyabr 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinə vergi orqanları vasitəsilə toplanmış vəsaitin 25%-i və ya 641,4 mln. manatı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), 8,2%-i və ya 210,8 mln. manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mənfəət vergisinin payına düşüb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-sentyabr aylarına nisbətən ARDNŞ-dan dövlət büdcəsinə 25,5% və ya 219,9 mln. manat az, ABƏŞ-in mənfəət vergisindən isə 88,2% və ya 1 572,7 mln. manat az vəsait daxil olub.

Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən 2009-cu ilin yanvar-sentyabr aylarında toplanmış ümumi vəsaitlərin 66,8%-ni və ya 1 715,6 mln. manatını qeyri-neft gəlirləri təşkil edib. Bu da proqnoza nisbətən 338,4 mln. manat və ya 16,5% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,4 mln. manat və ya 0,8% çoxdur.

Xatırladaq ki, hesabat dövründə büdcə gəlirlərinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,6% azalaraq 7 235,1 mln. manat, xərclərin həcmi isə 3,9% azalaraq 6 456,9 mln. manat təşkil edib. Nəticədə, hesabat dövründə dövlət büdcəsində 778,2 mln. manatlıq müsbət saldo yaranıb. Bu isə ötən ilin 9 ayında yaranmış büdcə profisitindən 1,17% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR