Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti bu il daxilolmalarını 43% artıracaq

«Azərbaycan Sənaye Sığorta» şirkəti bu il daxilolmalarını 43% artıracaq
# 03 noyabr 2009 07:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2009-cu il ərzində 5 mln. manat həcmində sığorta haqqı toplayacağını proqnozlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin direktoru Rəşad Əhmədov məlumat verib.

R.Əhmədovun sözlərinə görə, ötən il ərzində şirkətin topaladığı sığorta haqlarının həcmi 3,499 mln. manat təşkil edib. Bu il proqnozlaşdırılan göstərici isə ötən ilki daxilolmalara nisbətən 43% çox olacaq.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR