Bank Of Baku

Azərbaycan gələn il 208,7 mln. manat xarici borc ödəməyi planlaşdırır

Azərbaycan gələn il 208,7 mln. manat xarici borc ödəməyi planlaşdırır
# 03 noyabr 2009 07:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan hökuməti 2010-cu ildə ümumilikdə 208 716 566 manat həcmində xarici borc ödəməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bu proqnozlar «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanun layihəsində əks olunub.

Ödənilməsi proqnozlaşdırılan xarici borcun 122 871 841 manatı faiz ödənişləri, 85 844 725 manatı isə əsas borc üzrə ödənişlərin payına düşəcək.

Eyni zamanda, gələn il 78 364 246 manat həcmində daxili dövlət borcu üzrə ödənişlərin aparılması nəzərdə tutulub ki, bunun da 28 314 246 manatı faiz ödənişləri, 50 050 000 manatı isə əsas borc üzrə ödənişlərin payına düşür.

Büdcə layihəsinə əsasən, 2010-cu ildə daxili dövlət borcunun maksimal həddi 1,7 mlrd. manat, xarici dövlət borcunun maksimal həddi isə 2,5 mlrd. manat həcmində müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR