Bank Of Baku

«Azərnəqliyyatbank» nizamnamə kapitalını artırır

«Azərnəqliyyatbank» nizamnamə kapitalını artırır
# 03 noyabr 2009 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) nizamnamə kapitalını daha 10 mln. manat artırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədri Emin Məmmədov məlumat verib.

E.Məmmədovun sözlərinə görə, mövcud səhmdarlar hesabına artırılacaq kapitalın ilin sonunadək 56,8% yüksələrək 27,621 mln. manata çatacağı gözlənilir. Hazırda nizamnamə kapitalının artırılması istiqamətində müvafiq işlər aparılır.

Qeyd edək ki, bankın mövcud nizamnamə kapitalı 17,621 mln. manat təşkil edir.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,127 mln. manat, depozit portfeli 30,952 mln. manat, kredit portfeli 17,904 mln. manat, bankın məcmu kapitalı 17,621 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,034 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 8 filialı, 11 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR