Bank Of Baku

Bu il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərclərinin 35% artacağı gözlənilir

Bu il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərclərinin 35% artacağı gözlənilir
# 03 noyabr 2009 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar əməliyyatlarının strukturunda ümumi xərclərin 137 000,0 min manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da ötən ilin faktiki göstəricisi ilə müqayisədə 34,8% çoxdur.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın 2008-2009-cu illər üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar əməliyyatlarına dair icmal hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, əgər ötən il sözügedən xərclər 101 628,2 min manat təşkil edibsə, cari ilin sonuna bu rəqəmin 34,8% artaraq 137 000,0 min manata çatacağı gözlənilir.

Bununla yanaşı, 2009-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar ümumi dövlət xidmətləri xərclərinin həcminin də artacağı gözlənilir. Belə ki, əgər 2008-ci ildə bu xərclərin həcmi 8 665,3 min manat təşkil edibsə, 2009-cu ildə həmin xərclərin 31,7% artaraq 11 411,9 min manat təşkil edəcəyi proqnozlaşdırılır.

Cari ildə həmçinin dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar müdafiə xərcləri ötən illə müqayisədə 20,8 dəfə artaraq 6 100,0 min manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanları və prokurorluğun saxlanılması məsrəfləri 26,6% artaraq 64 391,6 min manat, təhsil xərcləri 30,3% artaraq 44 646,9 min manat, səhiyyə xərcləri 61,7% artaraq 2 550,0 min manat, sosial müdafiə və sosial təminat xərcləri 3,1 dəfə azalaraq 7,3 min manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə xərclər 8,7 dəfə artaraq 1 942,3 min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri 9,2% azalaraq 4 370,0 min manat, əsas bölmələrə aid edilməyən sair xərclər isə 77,3% artaraq 1 580,0 min manat təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR